Əri tərəfindən döyülən qadın evdən qaçdı və... — Şok olay

KRİMİNAL 28 apr 2022, 13:24
Bakının Yasamal rayonunda 1956-cı il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Təranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 24-də, saat 18.00-da baş verib. Adil yaşadığı evdə olarkən həmin mənzildə onunla birlikdə yaşayan həyat yoldaşı Təranə ilə mübahisə edib. Mübahisə zamanı əlinin arxa hissəsi ilə Təranənin ağız nahiyəsinə qəsdən vurub, ona xəsarət yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 24-də, saat 18.00-da yaşadığı evdə yeməyini yekunlaşdıran zaman həyat yoldaşı Təranəyə süfrəni yığışdırmasını deyib: “Bu zaman Təranə mənə yüksək səslə “yeməyini qurtar, süfrəni yığışdıracağam” cavabını verdi. Bu səbəbdən əsəbləşərək Təranənin sağ əlimin arxa hissəsi ilə ağız nahiyəsinə vuraraq xəsarət yetirdim”. 

Adil deyib ki, bundan sonra Təranə evi tərk edib və oğlunun evinə gedib. Qeyd edib ki, zərərçəkmiş orada olan zaman polisə şikayət edib. O, ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığını deyib. 

Zərərçəkmiş Təranənin sözlərinə görə, hadisə zamanı Adil sərxoş vəziyyətdə olub. Mübahisəni baş verməsinin ərinin ifadəsinə uyğun danışan Təranə sonda ərini bağışladığını deyib. 

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. 

Hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. 

Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top