Gəncədə minik maşını “KamAZ”a çırpılıb, xəsarət alanlar var

HADİSƏ 27 aprel 2022, 23:52
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami Məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zaman minik maşının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov,1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top