Zelenskinin BMT baş katibi ilə görüşü başlayıb

GÜNDƏM 27 apr 2022, 22:08
Kiyevdə səfərdə olan BMT baş katibi Antoniu Quterreşin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü başlayıb.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Hazırda onlar arasında görüş keçirilir. Düşünürəm ki, biz BMT rəhbərindən Ukraynaya güclü dəstək alacağıq", - Podolyak deyib.

Qeyd edək ki, bundan əvvəl Quterreş Rusiyada səfərdə olub. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün birgə qrup yaratmağı təklif edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top