Makrona bu dəfə pomidor atdılar — VİDEO

DÜNYA 27 apr 2022, 19:40
Seçkilərdə qalib gələrək növbəti dəfə prezident seçilən Emmanuel Makronun başına iş gəlib.

Demokrat.az xəbər verir ki, Fransanın Cerqi kəndində vətəndaşlarla görüşən Makron insanların sərt təpkisi ilə üzləşib.

Hətta bir neçə nəfər prezidentə pomidor atıblar. Pomidorlar prezidentə dəyməsə də, onun cangüdənləri hədəfə çevriliblər.

Qeyd edək ki, keçən il də Makron oxşar hadisə ilə üzləşmişdi. Lyon şəhərinə səfər edən prezidentə yumurta atılmışdı.
 


Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top