“Bu il Neftçalanın 38 yaşayış məntəqəsi su ilə təmin olunacaq” — RƏSMİ

İNFRASTRUKTUR 27 apr 2022, 14:47
“Kürün aşağı axınında yenə də içməli su ilə bağlı problemlər yaşanır”. 

Demokrat.az xəbər verir ki, bu sözləri "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Qurum rəsmisi bildirib ki, hazırda Salyan və Neftçalada modul tipli sutəmizləyici qurğulardan istifadə olunur:

“Biz bununla bağlı aprel ayının əvvəlində Neftçala İcra Hakimiyyətində bir təqdimat keçirdik. Bilirsiniz ki, bu gün Neftçala şəhəri və rayonun 14 yaşayış məntəqəsi 2020-ci illərdə gördüyümüz layihələr hesabına qurğular təmin olunub. Amma əsas hədəfimiz  qalan 38 yaşayış məntəqəsinin də su təminatını aparmaqdır. Onunla bağlı bizim layihə təklifimiz də var. Həmin layihə təklifimizə əsasən həmin kəndlərin bir qismini  Salyan şəhərinin şəbəkəsi ilə su verəcəyik, bir qismini bu gün Neftçalada mövcud olan şəbəkədən qidalandıracağıq. Bir hissəsini isə şor sulu ərazidən Şirvan-Muğan qrup və Biləsuvar kəmərindən ayrılma hesabına həll edəcəyik”. 



Onun sözlərinə görə, nisbətən ucqar yerlərdə olan kəndlər üçün su xətlərinin çəkilməsi böyük maliyyə tələb edir və ona görə də, burada əks-osmos tipli sutəmizləyici qurğulardan istifadəsi daha məqsədəuyğundur:

“Nisbətən cod, duzlu suları təmizləyib kəndlərə verəcəyik və bir neçə kənd də bu mənbədən qidalanacaq. Bununla bağlı artıq hökumətə təkliflərimiz də olub. Düşünürəm ki, bu il ərzində 38 yaşayış məntəqəsinin bir qismini içməli su ilə təmin edəcəyik. Amma hazırda daşınma üsulları ilə vətəndaşlarımızı su ilə təmin edirik”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top