Türkiyə klubu “Qarabağ”ın futbolçusunu alır

İDMAN 27 apr 2022, 09:35
Müqavilə ilə "Qarabağ"a məxsus olan futbolçu Ovusu Kvabena Türkiyənin "Ankaragücü" klubunda qalacaq.

"Report" "GHANASoccernet" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun çıxışından razıdır.

Klub qanalı hücumçu ilə daimi müqavilə bağlamaq niyyətindədir. "Qarabağ"ın Kvabenanın satışından qazanc əldə edəcəyi bildirilib.

Forvardla maraqlanan Türkiyənin digər klubları "Ankaragücü" və "Qarabağ" arasındakı danışıqları izləyirlər. Onlar paytaxt klubunun ən yaxşı futbolçularından sayılan Kvabenanı əldə etməkdə maraqlıdırlar.

Qeyd edək ki, Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, cari mövsüm TFF I Liqasında meydana çıxdığı 20 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top