Partiya sədri: “Dedi ki, bu dəqiqə Əli Kərimlini həbs etdirərəm, amma Ramiz Mehdiyev qoymur”

GÜNDƏM 26 apr 2022, 16:57
“Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsində bir nömrəli rolu oynayıb. Onu zəhərləyib öldürənlərin başında duran da Əli Kərimli olub. Keçmiş Bakı səhəri prokuroru dedi ki, bu dəqiqə Əli Kərimlini həbs etdirərəm, amma Ramiz Mehdiyev qoymur. Bu gün niyə Əli Kərimliyə hakimiyyət daxilindən 50-100 minlərlə vəsait daxil olur? Elə ictimai şura yoxdur ki, Əli Kərimlinin qaynı oranın üzvü olmasın. Hara baxırsan, hər yerdən onun qaynı çıxır”.

Bunu Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Tofiq Yaqublu onların saxta və müxalifətçiliklərinin kağız üzərində olduğunu anladığı üçün səmimi etiraf edib: “Prezident seçkiləri zamanı bütün bunları televiziyadan birbaşa onların üzünə demişəm. Yəni, Əli Kərimli və İsa Qəmbər Azərbaycan xalqının üz qarasıdırlar. Onlar hakimiyyətdən pul alıb xalqa xəyanət edirlər. Əli Kərimlinin yaşadığı binadan o vaxt bizə də ev vermişdilər. Necə oldu ki, məni həmin binadan çıxartsalar da, Əli Kərimli qaldı?! Bu xəyanətkarların Azərbaycan xalqının başına açdıqları oyunlar hər kəsə məlumdur. Gültəkin Hacıbəyli də sonradan gəlib müxalifətçi, Milli Şuranın üzvü seçilib, yığılıb siyasətlə məşğul olurlar. Əli Kərimli və İsa Qəmbər satqın və artıq adamlardır. Bəlkə də, Tofiq Yaqublunun ürəyi yanıb, ona görə deyib. Yoxsa keçmişi təhlil etməyin əhəmiyyəti yoxdur. AXCP və Milli Şura üzvlərini mehriban düşmənlər adlandırmaq olar. Onlar heç vaxt xalqın birliyi uğrunda mübarizə apara bilməzlər, çünki hamısının keçmişi ləkəlidir. Zaman-zaman hər şeyin üstü açılır... Gedin, Əli Kərimli ilə İsa Qəmbərin yaşayışına baxın, bir də mənim yaşayışıma. Onda hər şey aydın görünür".

Qeyd: Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun sosial şəbəkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında səsyazısı yayılıb. T.Yaqublu səsyazısında bildirib ki, Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin qərarını hazırlamış adamdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top