Havadakı toz duman nə vaxta kimi davam edəcək?

GÜNDƏM 25 apr 2022, 18:32

"Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan iki dəfəyədək yüksəkdir”.

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top