Azərbaycanda iki rayon məhkəməsi ləğv edildi

DAXİLİ SİYASƏT 25 apr 2022, 17:36
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilir.

Eyni zamanda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilir.

Məhkəmə-Hüquq Şurasına Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etmək, Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etmək, Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tovsiyə olunub.

Nazirlər Kabineti Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görməli, Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top