Elxan Məmmədov Ermənistana gedə biləcək

İDMAN 25 apr 2022, 11:06
AFFA-nın vitse-prezidenti Elxan Məmmədov Ermənistana səfər edə biləcək.

Demokrat.az xəbər verir ki, ona FIFA-da aldığı yeni vəzifə bunu etməyə imkan verir.

E.Məmmədovun yeni vəzifəsinin əsas tələblərindən biri FIFA-ya üzv olan 55 Avropa ölkəsinə (UEFA-ya daxil olan Asiya ölkələri İsrail və Qazaxıstan da daxil olmaqla) səfər etməkdən ibarətdir. O, müxtəlif regionlar üzrə “FIFA Forward” layihəsinin icrası, 55 üzv ölkədə futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.

Qeyd edək ki, Elxan Məmmədov bu ay FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb. O, mayın 1-dən Fransanın paytaxtı Parisdə yerləşən ofisdən fəaliyyətinə başlayacaq və artıq AFFA-dan maaş almayacaq. E.Məmmədov bu vəzifədə Gürcüstan Futbol Federasiyasının sabiq prezidenti (2005-2009) Nodar Axalkatsini əvəzləyib. Axalkatsi FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru vəzifəsinə təyin olunub.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top