Ramazan ayının iyirmi dördüncü günü — İmsak, iftar və namaz vaxtları

GÜNDƏM 24 apr 2022, 21:38

Sabah Ramazan ayının iyirmi dördüncü günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:15-də, iftar vaxtı isə 19:44-dədir. 

Aprelin 25-i üçün namaz vaxtları: 

Sübh azanı 04:20 
Zöhr azanı 12:39 
Əsr azanı 17:29 
Məğrib azanı 19:44 
İşa azanı 20:52 

İyirmi dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!” 

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top