"Ukrayna və Rusiya birgə bəyannamə üzərində işləyirlər"— Çavuşoğlu

GÜNDƏM 24 apr 2022, 18:55
"Ukrayna və Rusiya tərəfləri birgə bəyannamə üzərində işləyirlər. Sənəd Ukraynadakı vəziyyəti həll etmək üçün hazırlanır".

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib:

"Bu prosesdə birgə bəyannamə layihəsi var. Əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır".

Eyni zamanda o, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini diqqətə çatdırıb.

Diplomat qeyd edib ki, son qərar Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinin ixtiyarındadır.

Qeyd edək ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub. Bu danışıqlarda Ukrayna onun üçün yeni təhlükəsizlik təminatları sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top