"Ukraynanın 141 təyyarəsi məhv edilib" — Rusiya MN

DÜNYA 24 apr 2022, 14:31
Rusiya ordusu Ukraynada "xüsusi hərbi əməliyyatlar" zamanı 141 təyyarə, 110 helikopter və 550-dən çox pilotsuz uçan aparatı məhv edib.

Demokrat.az
xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, 264 zenit-raket kompleksi, 2496 tank və digər zirehli döyüş maşını, 282 reaktiv yaylım atəşi sistemi, 1093 səhra artilleriya və minaatan, o cümlədən 2343 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top