Putinin nüvə silahından istifadə ehtimalına Zelenskidən cavab

GÜNDƏM 23 apr 2022, 23:54
“Əgər Rusiya rəhbərliyi reallıq və adekvatlıqla əlaqəni itirməsə, nüvə silahından istifadə etməyəcək”.

Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında deyib. 

"İnanıram ki, müasir dünyada nüvə silahından yalnız reallıqla əlaqəni itirəndə istifadə etmək olar. Əgər Rusiya Federasiyasının rəhbərliyi reallıq və adekvatlıqla əlaqəni itirməsə, nüvə silahından istifadə etməyəcək", - deyə Zelenski bildirib. 

Eyni zamanda Zelenski bunun baş verə biləcəyinə inanmaq istəmədiyini də əlavə edib:
"Ola bilərmi? Bəlkə. Mən buna inanıram? Düzünü desəm, buna inanmaq istəmirəm".

Demokrat.az








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top