Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verdi

BİZNES 23 apr 2022, 09:35
Pakistan Milli Bankının Bakı filialı iki şirkəti məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, bank “Aqua Med” və “Meri-Dian” MMC-ləri barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Pakistan Milli Bankının Bakı filialı kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İş hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır. Filialın rəhbəri Pakistan vətəndaşı Şeyx Əhtsəm Əhməddir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top