“Ermənilərin Bakıdan çıxarılmasında iştirak etmişəm” —“Oturmayan ermənidir!” şüarını mən deməmişəm" (Nemət Pənahlı)

GÜNDƏM 22 apr 2022, 21:53

“1990-cı ilin yanvarında Bakıda ermənilərin köçürülməsində iştirak etmişəm. Gördük ki, KQB Bakıda da Sumqayıt hadisələrini təkrarlamaq istəyir, buna imkan vermədik. 13 yanvar 1990-cı ildə erməniləri vaqonlara, təyyarəyə yığıb Ermənistana yola saldıq”.

Bu sözləri 1988-90-cı illərdə Azərbaycanda xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı gündəm.az saytına müsahibəsində bildirib.

O, deyib ki, 1988-ci ildə 18 gün meydanda çıxış edib. N.Pənahlı onun adı ilə bağlanan “oturmayan ermənidir!” şüarına aydınlıq gətirib: “18 gün gecə-gündüz meydanda çıxış etmişəm. 600-700 səhifəlik çıxışım var. Bu xalq onların heç birini yadda saxlamayıb. Amma demədiyim bir ifadə dillər əzbəri olub. Sizin sayt vasitəsilə bəyan edirəm. “Oturmayan ermənidir” ifadəsi mənə məxsus deyil. Mitinq iştirakçılarının səsləndirdiyi bir şüar idi”.

N.Pənahlı deyib ki, dünya tarixində Azərbaycanda gedən milli azadlıq hərəkatı qədər möhtəşəm hərəkat olmayıb: “138 nəfər qurbanla Azərbaycanda SSRİ-ni qüquta uğratdıq”.

N.Pənahlı ermənilərə heç vaxt etibar etmədiyini deyib: “1988-ci ildə Səttarxan adına zavodda 700-dən artıq erməni işləyirdi. Onlardan bircə nəfəri də erməni təxribatına etiraz etmədi, fikir bildirmədi. Bakıda nə qədər erməni vardı? Hansı çıxıb ermənilərin Qarabağdakı vəhşiliklərinə etiraz etdi?”

Siyasətçi politoloq Zərdüşt Əlizadənin erməni xalqı ilə münasibətlərin normallaşdırılması barədə sözlərinə etiraz edib:  Əlizadə qardaşları xalqın milli yaddaşını silməklə məşğuldur. Onlar indi erməni-azərbaycanlı dostluğundan danışırlar. 70 il sovet dövründə erməni-azərbaycanlı dostluğu haqqında xeyli şeirlər yazıldı. Mən Zərdüşt Əlizadə və digər erməni xiffəti çəkənlərdən soruşuram: Niyə sovet dövründə erməniləin şəninə dediyimiz o tostlar, şeirlər, mahnılar nəticə vermədi? Kim hesab edirsə ki xoş sözlər söyləməklə ermənilər türk düşmənçiliyi xislətindən əl çəkəcək, onlar ciddi şəkildə yanılırlar. Konfutsi deyirdi ki, tarixdən ibrət dərsi götürməyən xalq məhvə məhkumdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top