“Artıq heç kim NATO ölkələrinin qarşısını ala bilməyəcək”— ŞƏRH

GÜNDƏM 22 apr 2022, 18:52
İsveç xarici işlər naziri Ann Linde NATO-ya üzvlük prosesini sürətləndirməyə qərar verdiklərini bildirib. Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rəsmi Stokholm və Finlandiyaya NATO-ya üzv olacaqları halda onları hansı nəticələrin gözlədiyinə dair xəbərdarlıq edib. Maraqlıdır, belə olduğu təqdirdə Rusiyanın addımı necə olacaq?

Mövzunu Demokrat.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, bütövlükdə bu prosesin həlledici nöqtəsi Ukrayna müharibəsinin aqibəti ilə bağlı olacaq:

“Bilirsiniz ki, SSRİ ilə NATO arasında genişlənmə ilə bağlı imzalanmış müqavilələr var. Əslində, bütövlükdə genişlənməyə dair müqavilə Avropa Şərq ölkələrinə Polşanın qəbul olunması, ondan sonra Baltikyanı ölkələrin daxil edilməsi bu prosesi pozdu. Rusiya bu məsələdə hər hansısa addımlar ata bilmədi. İndiki məqamda Ann Lindenin çıxışı ona görə maraqldıır ki, İsveçrə bitərəfliyi təyin edilmiş ölkədir. Eyni zamanda, son günlər Finlandiyanın da NATO-ya üzvlük məsələsi gündəmə gəlib. Düzdür, Rusiya bunun müqabillində çəkindirici vasitələrdən istifadə edəcəyini deyir. Mən düşünürəm ki, bütövlükdə bu prosesin həlledici nöqtəsi Ukrayna müharibəsinin aqibəti ilə bağlı olacaq. Əgər həqiqətən də, Rusiya arzu etdikləri kimi qüdrətin təntənəsi nail olacaqsa, doğurdan da, o zaman qonşu ölkələrin NATO-ya inteqrasiyası imkansız hala gələ bilər. Yox, Ukraynada hələ də, 50 günə Mariupol şəhərini ala bilməyibsə və bu cür performans göstərməyə davam edəcəksə, onda NATO ölkələrinin qarşısını heç kim ala bilməz. Düşünürəm ki, bütün bunlar sadəcə təhdidlərdir və nüvə savaşı ilə bağlı bleflərdir. Hesab edirəm ki, proses belə də davam edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top