Sayğac az, “Azəriqaz” çox yazır — Rəsmilər isə suallara cavab vermir

SOSİAL 21 apr 2022, 17:49
Abonentlərə külli miqdarda sayğaclarında olmayan qaz sərfiyyatı yazılıb.

Demokrat.az xəbər verir ki, belə halla Tovuz rayonunun bir neçə kəndinin sakinləri üzləşib. Vətəndaşların redaksiyamıza verdiyi məlumata görə, rayonun kəndlərində “Azəriqaz” İB əməkdaşları tərəfindən təqdim olunan bildiriş vərəqəsi ilə sayğacların üzərindəki rəqəm arasında minimum 100 kubmetr fərq olub. Maraqlıdır ki, sakinlər bu barədə yerli idarəyə məlumat versələr də, yalnız məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra problemin aradan qaldırılması istiqamətində addım atılıb. Daha doğrusu, yerli idarənin əməkdaşları problemdən şikayətçi olan sakinlərə bildiriblər ki, bildirişdə göstərilən məbləğ istifadə edilib bitənədək onlara əlavə sərfiyyat yazılmayacaq. Sakinlər onu da bildirirlər ki, mexaniki sayğaclarda bu cür hallar çox olur: "Tələb etdik ağıllı sayğac qoysunlar, onu da eləmədilər. İndi da ağıllıları da söküb mexaniki ilə əvəzləyirlər".

Bəs bu problemlə nə qədər abonent üzləşib? Problem hansı səbəbdən yaranıb? (Vətəndaşlara bunun çilingər səhvi olduğu deyilib.-red.) Hadisə hansısa səhv ucbatından baş veribsə sərfiyyatın az yazılması da olubmu, yoxsa hamıya çox yazılıb? Ümumilikdə neçə kubmetr qaz artıq yazılıb? Vətəndaşlar belə hallarla üzləşməmək üçün nəyə diqqət yetirməlidirlər? Bu və bu kimi suallarla “Azəriqaz” İB-yə ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib. Sualların cavabı əslində vətəndaşların maariflənməsinə, narazılıq yaradan halların artmamasına səbəb ola bilərdi.

P.S. Bakı kəndlərindən də analoji şikayətlər var. Məsələni araşdırırıq.(afn.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top