Gürcüstanda qumar oyunları ilə bağlı qadağa

REGİON 21 apr 2022, 00:22

Gürcüstanda qumar oyunları ilə bağlı qanunun icrasına nəzarət gücləndirilib.

Martın 1-dən qüvvəyə minmiş qanuna görə, Gürcüstanda yaşı 25-dən az olan şəxslər, habelə sosial təminatı az olan insanlar, siyasətçilər və dövlət qulluqçularının qumar oyunlarında iştirakı qadağan olunur.

Qanunun icrasına nəzarət tədbirləri nəticəsində martın 1-dən bugünədək qumar oyunlarında iştirak edən 500 nəfərdən çox insan aşkarlanıb.

Qeyd edək ki, Gürcüstanda qumar oyunları ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı ilk təklif Baş nazir İrakli Qaribaşvilidən gəlib. Onun sözlərinə görə, hər il onlayn kazinolar vasitəsilə Gürcüstandan 1,5 milyard lari çıxarılır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top