Ziya Məmmədovun nəvəsinə bahalı maşın yığdırması tənqid edildi — AÇIQLAMA

GÜNDƏM 20 aprel 2022, 16:13
30 ildir Məmmədovlar ailəsi Azərbaycan xalqını təhqir edir. Ölkə üçün həssas bir dönəmdə əl boyda nəvəsinə xüsusi sifarişlə maşın yığdırıb nümayiş etdirir.

Ziya Məmmədov vaxtilə büdcədən oğurladığı milyardlarla dövlətin fəqərəsini qırdı.

Bir qardaşı - İldırım Məmmədov Azərbaycanın Dəmir Yollarını çapıb taladı.

Başqa bir qardaşı - Elton Məmmədov Ramiz Mehdiyevin parlamentdəki hüceyrələrindən idi.

Hazırda dövlət bütün resurslarını şəhid ailələrinin, qazilərin təminatına yönəldib.

Azyaşlı uşağa oğurluq pullarla bahalı maşın yığdıran Z.Məmmədov məhz belə bir situasiyada cəmiyyəti məqsədli şəkildə qıcıqlandırır.

Məmmədovlar ailəsi ölkədə haqqın, ədalətin, əxlaqın düz ortasına tüpürüblər.
 


Jurnalist Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top