
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb:
“Prezident Vladimir Zelenski Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizə Aİ üzvlüyünə namizəd statusu almaq üçün doldurulmuş sorğu vərəqini təhvil verib”
"Ukrayna xalqını bu məqsəd birləşdirir - özünü bərabərhüquqlu, Avropa Birliyinin bir hissəsi kimi hiss etmək", - Zelenski deyib. O, sorğu vərəqəsinin təqdim edilməsində operativ fəaliyyətinə görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Maasikasa təşəkkür edib.
Leyla
Demokrat.az