Azərbaycanda ana və oğlu bıçaqlandı

KRİMİNAL 18 apr 2022, 12:37
Lənkəran rayonunda ana və oğlu bıçaqlanıblar.

Demokrat.az xəbər verir ki, hadisə Separadi kəndində baş verib. 

Firqət Kəlbiyev həmin kənddə Valeh Məmmədova məxsus yerləşən fermaya gəlib və aralarında mübahisə baş verib.

O, V.Məmmədova və anasına bıçaqla xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran rayon Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş vermiş mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib:

“Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb. Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top