“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminar keçirildi — YENİLƏNİB

SOSİAL 18 apr 2022, 12:50
Medianın İnkişafı Agentliyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlara davam edir.

Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində  “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara başlanılıb. 

Bu barədə Demokrat.az-a Agentlikdən məlumat verilib.

MEDİA Agentliyi və “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.

 Seminarın açılış mərasimində çıxış edən “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb. 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək Agentliyin əsas vəzifələrindədir. O, belə silsilə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

Prezident Administrasiyasının Kommunikasiya siyasəti Sektorunun müdiri Cavid Musayev bildirib ki, Medianın İnkişafı Agentliyinin təsis olunduğu gündən etibarən media sahəsinin inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilir. Qeyd edib ki, bu fəaliyyətdə ADA Universiteti ilə sıx əməkdaşlıq gözəl təşəbbüsdür.

İki həftə davam edəcək silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. 

Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq.

Qeyd edək ki, MEDİA Agentliyi bununla da media nümayəndələri, jurnalistlər üçün silsilə seminarlara başlayır.

***10:48

Medianın İnkişaf Agentliy (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminar tədbirinin açılışı olub.


Demokrat.az xəbər verir ki, seminar dövlət təşkilatlarının ictimaiyyətlə əlaqələr funksiyası ilə məşğul olan əməkdaşları üçün nəzərdə tutulub. Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq və 6 gün davam edəcək.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top