Benzema qol sayında əfsanəvi futbolçunu geridə qoydu

İDMAN 18 apr 2022, 09:35
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni nailiyyətə imza atıb.

Demokrat.az xəbər verir ki, "Sevilya" ilə XXXII tur oyununun 90+2-ci dəqiqəsində fərqlənən 35 yaşlı hücumçu Madrid təmsilçisində La Liqadakı qol sayını 217-yə çatdırıb.

Beləliklə, fransalı forvard "kral klubu"nun əfsanəvi oyunçusu Alfredo Di Stefanonu geridə qoyub.

"Real Madrid"də La Liqadakı qol sayına görə rekord Kriştianu Ronalduya məxsusdur. Hazırda İngiltərə "Mançester Yunayted"ində çıxış edən hücumçu 311 dəfə fərqlənib. İkinci sırada isə Raul Qonsales (228 qol) qərarlaşıb.

Qeyd edək ki, "Real Madrid" "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top