Masallıda su quyusuna düşən 50 yaşlı kişi xilas edildi — VİDEO

HADİSƏ 17 apr 2022, 15:22
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Demokrat.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.



Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top