Goranboyda yarım əsrlik məktəb qəzalı halda — VİDEO

SOSİAL 16 apr 2022, 18:28
Goranboy rayon 2 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb. 

Təxminən 50-55 il öncə tikilən binanın ikinci mərtəbəsində iri çatlar və çökmələr yaranıb. Bu səbəbdən də ümumilikdə 24 sinfin şagirdləri 1 saylı orta məktəbə köçürülüblər. 

Həmçinin aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası da dəyişdirilib. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb. 

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə məlumat verilib. Aidiyyəti qurumlar binaya baxış keçirib. 

Qeyd edək ki, qəzalı vəziyyətə düşən məktəbdə 1107 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top