Rövşən Nəcəf “Şahdəniz” yatağı ilə bağlı statistikanı açıqladı — FOTO

SƏNAYE VƏ ENERGETİKA 16 apr 2022, 17:49
SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf sosial media hesabında “Şahdəniz” qaz və kondensat yatağı barədə paylaşım edib.

Rövşən Nəcəf paylaşımında “Şahdəniz” qaz və kondensat yatağı ilə bağlı statistik məlumatları təqdim edib:

“Şahdəniz” qaz və kondensat yatağının istismar tarixindən 1 aprel 2022-ci ilədək hasil olunan qaz və kondensatın miqdarı: 163,97 milyard kubmetr qaz, 36,94 milyon ton kondensatdır.

Cari ilin birinci rübündə qaz və kondensat hasilatı isə 6,44 milyard kubmetr qaz, 1,15 milyon ton kondensatdır”.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top