Deputat bu fikrə etiraz etdi: “Nə etmək istəyirlər?!”

GÜNDƏM 16 apr 2022, 12:50
“Bütün sahələrdə qiymət artımının baş verməsi əhalinin xeyrinə deyil, lakin bəzi məhsullarda qiymət artımının tətbiqi mütləqdir. Misal üçün, dünyada buğdanın bahalaşması ölkədə də çörəyin və digər un məmulatlarının qiymətinin artmasına səbəb olub. Biz həmin məhsulları xarici ölkələrdən idxal etdiyimiz üçün qiymət artımı təbiidir. Lakin yerli istehsaldan əldə edilən məhsulların: göyərti, meyvə, tərəvəz, eləcə də istilik tariflərinin artırılması qanunauyğun deyil. Sadəcə olaraq, bəzi məmurlar öz problemlərinin həllindən ötrü qiymətləri artırıb kompensiyaya edirlər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, xidmətin keyfiyyəti yaxşılaşır, müəyyən yenilənmələr olunur və artırılmış tarif dəyərində vətəndaşa əlavə xidmət satılırsa, onda qiymət 5 qəpik artırıla bilər: “Əgər hər şey olduğu kimidirsə, heç dəyişiklik yoxdursa, niyə tariflərdə artım olmalıdır?! Bəzi məmurların bu cür davranışı başadüşülən deyil. Elə hər sahədə qiymətləri artıra-artıra hara qədər gedəcəyik?! Ehtiyac yoxdur. Hətta bu il istilik verilişində ciddi problemlər yaşandı, bəzi məktəblərə, yaşayış binalarına bir aya yaxın müddətdə istilik verilmədi. Yəni, belə problemlər yaşayan vətəndaş niyə əlavə ödəniş etməlidir?! Normal istiliklə təminat olmadığı halda Bakı şəhəri üzrə tarifləri qaldırıb nə etmək istəyirlər?!”

Qeyd: “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır.

İ.Mirzəliyevin bu açıqlaması tənqid olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top