“Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir”

QARABAĞ 16 apr 2022, 10:53
Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir.

Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb. 

Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.

Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib. 

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top