Rusiya ordusu Zaporojyeni atəşə tutdu — ölən və yaralananlar var

GÜNDƏM 15 apr 2022, 13:20
Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Demokrat.az
UNİAN-a istinadən xəbər verir ki, ruslar Vasilyevka şəhərində bir neçə yaşayış binasına və özəl sektorda tikililərə, dəmiryol vağzalındakı depoya ziyan vurub, mağazanı dağıdıblar.

Zaporojye Vilayət Hərbi Administrasiyasının spikeri, polkovnik İvan Arefiyev bildirib ki, Rusiya Silahlı Qüvvələrinin mövqeləri Mixaylovka və Orlyanskoye kəndlərini atəşə tutublar.

“Vasilyevka şəhərinin artilleriya atəşi nəticəsində şəhərin mərkəzində və özəl sektorda bir neçə yaşayış binasına ziyan dəyib, Tavriyskdə ərzaq mağazası və anbar dağıdılıb. Dəmiryol vağzalına ziyan dəyib. Rusların atəşə tutması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb”.

Qeyd olunur ki, işğalçılar Ukrayna Silahlı Qüvvələrini gözdən salmaq üçün Rusiya televiziyası üçün təbliğat materialları çəkmək üçün bu gün Vasilyevkaya öz media nümayəndələrini göndərməyi planlaşdırırlar.

Müharibə başlayandan Zaporojye vilayətində vəziyyət ağırdır, ruslar mütəmadi olaraq bu vilayətin şəhərlərini atəşə altında saxlayırlar.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top