Energetika Nazirliyində kadr dəyişiklikləri oldu

SƏNAYE VƏ ENERGETİKA 15 apr 2022, 14:08
Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 3-ə endirib.

Demokrat.az xəbər verir ki, nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid Abdullayev, Vüsal Musayev və Xalidə Mənsimovadır.

Bunlardan C.Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə direktor müavini vəzifəsinə keçirilib.

Nazirin digər keçmiş müşaviri X.Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.

P.Şahbazovun digər 2 müşaviri isə əvvəlki qaydada Zəminə Əliyeva və Vüsal Rəcəblidir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top