"Azərenerji" rəsmisi: "Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur"

GÜNDƏM 14 apr 2022, 18:26

"Azərenerji" ASC 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edib və onları yüksək gərginlikli 110 kVt-luq elektrik verilişi xətləri ilə əlaqələndirərək dairəvi sxem yaradıb.

Bunu səhmdar cəmiyyətinə məxsus "Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Mircəlal Hüseynov deyib.

"Şuşadakı yarımstansiyaya 75 kilometr uzunluğunda ikidövrəli 110 kVt-luq elektrik xətti çəkilib və 2 ədəd 25 mVt gücündə transformator quraşdırılıb. Burada üç gərginlik sinifi var - 110, 35, 10. Hazırda şəhərin bir hissəsi yarımstansiyanın 10 kVt qapalı paylayıcı qurğusu vasitəsilə qidalanır. Şuşa şəhərindən üzü Daşaltı istiqamətində həmin ərazidə çalışan yol tikintisi ilə əlaqədar təşkilatlar isə 35 kVt gərginliklə qidalanırlar. Şuşa şəhəri fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Əgər şəhərdə elektrik enerjisi ilə bağlı əlavə güc artımı olarsa, quraşdırdığımız 2 ədəd 25 mVt-luq transformatorları bundan güclü transformatorlarla əlavə edəcəyik", - deyə o, qeyd edib.

Bundan başqa, "Azərenerji" rəsmisinin sözlərinə görə, Laçında da 110/35/10 kVt-luq elektrik yarımstansiyasının inşasına başlanılıb, eyni zamanda, Kəlbəcər yarımstansiyasından Qorçu yarımstansiyasına 42 kilometr uzunluğunda 110 kvt ikidövrəli elektrik verilişi xəttinin çəkilişinə də start verilib./report
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top