Xəzərdə dalğanın hündürlüyü 2,3 metrdir — FAKTİKİ HAVA

SOSİAL 13 apr 2022, 00:19

Aprelin 13-ü saat 00:00-a olan məlumatına əsasən, ölkə ərazisində  müşahidə olunan güclü  şimal-qərb küləyi davam edir. 

Bu barədə  Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Küləyin ani maksimal sürəti  Ağdam,  Naftalan, Bərdə və Tərtərdə 28-30 m/s,  Zərdabda 28 m/s,  Şəmkirdə 24 m/s,  Şəkidə  25 m/s,   Göyçayda 22 m/s,  Gəncə, Neftçala, Sabirabadda  20 m/s, Ceyrançöldə 17 m/s,   Biləsuvar, Xaltanda 16 m/s,   Kürdəmirdə 15 m/s,  Ağstafa və Tovuzda 14 m/s-ə çatıb. Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Maştağada 23 m/s,  Pirallahı, Binədə 19 m/s,  Çilov adası,  Neft Daşlarında 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23  m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top