İran səfirliyindən teleqram kanallarında Azərbaycanla bağlı yayılan videogörüntülərə REAKSİYA

XARİCİ SİYASƏT 11 apr 2022, 21:12
İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
 
Səfirlikdən “Report”un sorğusuna cavab olaraq bununla bağlı araşdırma aparıldığı qeyd edilib.
 
Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.
 
Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top