“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

İDMAN 10 apr 2022, 21:46
"Qarabağ" Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə avrokuboklara vəsiqəni təmin edib.

Demokrat.az xəbər verir ki, səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top