Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 10 apr 2022, 16:44
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 202 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 453, bu günə qədər isə ümumilikdə 6 743 461 test icra olunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top