Ukraynalı qaçqınlara 9,1 milyard avro ayırılıb

GÜNDƏM 09 apr 2022, 21:59

Rusiya-Ukrayna müharibəsində qaçqın düşən ukraynalılara 9,1 milyard avro yardım ayırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın paytaxtı Varşavada keçirilən maliyyə tədbirində qərar qəbul olunub.Kanada və Avropa Komissiyası ilə yanaşı bir çox ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu məbləğin 1,8 milyard avrosunun Ukrayna daxilindəki məcburi köçkünlərə ayırılması qərara alınıb.

Qalan 7,3 milyard avro Ukraynadan qonşu dövlətlərə sığınan vətəndaşlara ayırılacaq.

Bu məbləğin 4,1 milyardı BMT vasitəsi ilə Ukraynaya yardım kimi, qalan 5 milyard avro isə kredit kimi verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top