Su üzrə tariflərin differensiasiya olunması təklif olunur

İNFRASTRUKTUR 09 apr 2022, 18:15
Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotunun aparılması təmin edilməlidir.

Demokrat.az xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib.

O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib.

Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün azalır və sudan səmərəli istifadə etmək üçün düzgün uçotu təmin edilməlidir: “Düzgün uçotun təmin edilməsi üçün su təsərrüfatı ilə məşğul olan qurumlarla Fövqaladə Hallar Nazirliyi, Su Ehtiyatları Agentliyi, eyni zamanda “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumlar arasında suyun düzgün uçotunun aparılması müəyyənləşməlidir. Eyni zamanda sudan istifadə edən hər bir vətəndaşın, hər bir su istifadəçisinin əlavə mənbələrdən götürdüyü suya görə suyun tarifi müəyyənləşməlidir. Əsas istiqamət suyun dəqiq uçotun aparılması məsələsidir”.

O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilmişdir ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.

Sənaye və digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşməyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top