Nazir: “Yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür”

GÜNDƏM 09 apr 2022, 17:03
“Azərbaycanda da yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür”.

Bunu jurnalistlərə açıqlamsında səhiyyə naziri Teymur Musayev deyib.

“Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir. Vaksin istehsalı strateji istehsalatdır. Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan da istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalını təmin edə bilər” – deyə nazir bildirib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top