Bakıda partlayışda xəsarət alanlardan daha biri dünyasını dəyişdi

HADİSƏ 09 apr 2022, 08:30
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Adilova "Report"a bildirib ki, yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

"Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".

Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan iki nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top