Arif Babayevin səhhətində problem yarandı

İNCƏSƏNƏT 08 apr 2022, 11:45
Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb. 

Lent.az-a açıqlama verən muğam ifaçısı bildirib ki, ev şəraitində müalicə olunur: “Həkimlər mənə bir müddət öncə sidikqovucu qoydular. Amma oradan qan gəlir. Dedilər kəsəcək, amma hələ də gəlir.

Həkimlər evə gəlir, müayinə edib gedirlər. İnşallah, yaxşı olar. Doğmalarıma görə hələ bir az yaşamaq istəyirəm. Allah bütün xəstələrə şəfa versin”. 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top