Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi barədə razılığa gəliblər

GÜNDƏM 08 apr 2022, 00:14

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı beşinci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Demokrat.az xəbər verir ki, müvafiq qərar Fransanın Aİ-də sədrliyinin tviter səhifəsində dərc edilib.

Tədbirlər paketi Aİ Şurası tərəfindən yazılı qaydada qəbul ediləcək və aprelin 8-də açıqlanacaq.

Sanksiya siyahısına iş adamları, jurnalistlər və hərbçilər daxildir. Buraya, həmçinin arasında kömür idxalına qadağa, eləcə də Rusiyaya silah tədarükünün qadağan edilməsi daxildir.

Yeni məhdudiyyətlər Rusiyanın Ukraynada davam etdirdiyi müharibə ilə bağlı müəssisələrə təsir edəcək, eləcə də Rusiya və Belarus nəqliyyat şirkətlərinin fəaliyyətinə təsir edəcək. Beşinci paket Rusiya banklarının hesablarının dondurulması və bu ölkəyə ixraca embarqonun qoyulmasını nəzərdə tutur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top