Arif Hacılı: “Ermənistanla sülh müqaviləsinə Türkiyə və Fransa qarant ola bilər”

GÜNDƏM 07 apr 2022, 17:49
“Azərbaycan-Ermənistan sülh danışıqlarının Moskvada yox, Brüsseldə davam etməsi müsbət hadisədir”.

Demokrat.az xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə səhifəsində yazıb: “Biz hesab edirik ki, sülh danışıqları bundan sonra da bu formatda və ya ikitərəfli qaydada Bakının irəli sürdüyü baza prinsipləri əsasında davam etdirilməli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya, və demarkasiyası həyata keçirilməli, Azərbaycan dövləti Yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməlidir”.

A.Hacılının sözlərinə görə, əgər digər tərəf təhlükəsizlik üçün beynəlxalq təminat tələb edərsə bu təminatı iki NATO dövləti -Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər.

“İndiki mərhələdə münaqişənin həlli, regionda davamlı sülhün təmin olunması, xarici silahlı qüvvələrin ərazilərimizdən və Cənubi Qafqazdan çıxarılması üçün bizim doğru, həm də mümkün hesab etdiyimiz yol xəritəsi budur”-deyə Müsavat başqanı bildirib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top