Qarabağ xalçası haqqında sənədli film İTV-də yayımlanacaq — VİDEO

İNCƏSƏNƏT 06 apr 2022, 15:44
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən “Qarabağ İlmələrdə” sənədli filmi eyniadlı adlı sosial layihə çərçivəsində hazırlanıb. 

Demokrat.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə ataraq toxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub. 



Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər. 

“Qarabağ İlmələrdə” sənədli filmi 10 aprel saat 15:50-də ilk dəfə olaraq İTV-də yayəmlanacaq. 



Məlik
Demokrat.az


 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top