Bakıda kişi küçənin ortasında əvvəlcə arvadını, sonra özünü öldürdü — YENİLƏNİB

KRİMİNAL 06 apr 2022, 13:48
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***13:18

Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində ölümlə nəticələnən hadisə baş verib.

Demokrat.az
-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, kişi yaşadığı ərazidə əvvəlcə arvadını odlu silahdan atəş açaraq qətlə yetirib. Daha sonra həmin silahla özünü öldürüb.

Qonşular bildirir ki, gənc ailənin azyaşlı tək övladları olub, o, hazırda məktəblidir.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. 

Araşdırma aparılır.


Fariz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top