"Təhsil masası" adlı həftəlik brifinqlər keçiriləcək

SOSİAL 05 aprel 2022, 21:29

Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.

İlk həftəlik brifinq 6 aprel saat 10:00-da nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

"Təhsil masası"nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” ilə bağlıdır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top