Jurnalistlər güzəştli ipotekadan nə vaxt yararlanacaq?

MEDİA 04 apr 2022, 11:53
Məlum olduğu kimi, bu ilin fevralından Prezidentin imzaladığı fərmana əsasən, jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər.

Elə həmin ay Nazirlər Kabineti “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həmçinin jurnalist vəsiqəsinin forması və dəyişdirilməsinə görə ödənişin məbləği ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulurdu. 

Hazırda bununla bağlı məsələnin nə yerdə olması ilə maraqlandıq, reyestr layihəsinin hazırlanması ilə bağlı Medianın İnkişafı Agentliyinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirilib ki, hazırda ilkin layihə müzakirə mərhələsindədir: “Media Reystrinin aparılması qaydalarının, həmçinin jurnalist vəsiqəsi və Media Reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi hazırlanıb və aidiyyəti qurumlarla işçi qaydada müzakirələr aparılmaqdadır. Bu proses yekunlaşdıqdan sonra təkliflər aidiyyəti üzrə təqdim ediləcək”.

Qeyd edək ki, Prezidentin bu ilin fevralında imzaladığı fərmana əsasən, artıq jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər. Sözügedən fərmana əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 4 faizli ipoteka krediti ala bilərlər. Göründüyü kimi, reyestr hazır olmadığından, hələ ki, jurnalistlər bu hüquqdan yararlana bilmirlər.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top