Türkiyə səfiri Bakıdakı partlayışdan yazdı

GÜNDƏM 03 apr 2022, 10:59
“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top