Nənə və nəvələrini it dişlədi

HADİSƏ 31 mar 2022, 21:09

Gəncədə nənəni və iki nəvəsini it dişləyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin DOST 101 adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Fahilə Hüseynova və onun nəvələri – 2010-cu il təvəllüdlü Hüseyn Əlizadə və 2011-ci il təvəllüdlü İlkin Xəlilov it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, onları yaşadıqları evin yaxınlığında qonşunun iti dişləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top