“Pul yoxdursa, qaz da yoxdur” — Peskov Avropanın qərarına cavab verdi

DÜNYA 29 mar 2022, 14:17
“Avropa İttifaqı mavi yanacağın qiymətini rublla ödəməkdən imtina edərsə, Rusiya qazı verməyəcək”.

RİA-Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz xeyriyyəçiliklə məşğul deyilik. Qazı Avropaya pulsuz vermək niyyətimiz yoxdur”, – deyə Peskov PBS telekanalına müsahibəsində deyib.

Aparıcının qazın pulunu ödəməyənlər üçün yanacağın kəsilib-kəsilməyəcəyi ilə bağlı sualına isə Peskov “ödəniş yoxdursa qaz da yoxdur” cavabını verib.

Eyni zamanda o, qazın pulunu rublla ödəməkdən imtinaya necə reaksiya veriləcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top